“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir

"25 əməkdaşımızla bağlı prokurorluğa özüm təqdimat vermişəm. Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam. Bunu açıqlamaq mənə nə verəcək ki? 9 milyon vəsaitin onların hesabına dövlət büdcəsinə köçürülməsini təmin etmişəm”
Nazir tədbirlərin birində çıxışı zamanı prosesin davam edəcəyini vurğulayıb: "Səhv tapanda cəzalandıracağıq. Əməkdaşlarıma ən böyük cəzanı da özüm verirəm. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı.Xatırladım ki, əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət aldıq. Buna görə də, 700 araşdırma təyin olundu. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı. Siz indi saxtakarlığın dərəcəsinə baxın.
İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki, verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı da var idi. Heyvanın şəkli də var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdim, getdilər, baxdılar.146 heyvanda xəstəlik aşkar olundu. İstənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlar içərisindən xəstələnəni də olacaq. Mənim yanıma vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, ay ağsaqqal, bu heyvanları harada saxlayırsan? Deyir həyətdə saxlayıram. Həyətdə saxlayanda xəstələnəcək də. Mən demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























