• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO
25.06.2019 14:20
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar.

Anews.az Avtosfer.az-a istinadla xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək. 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol