• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət İmtahan Mərkəzinin Tarif Şurasına müraciəti yersizdir – Kamran Əsədov

Dövlət İmtahan Mərkəzinin Tarif Şurasına müraciəti yersizdir – Kamran Əsədov
25.06.2019 15:26
Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək.

Anews.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmayıb.

Tarif Şurasına müraciəti əsaslandıran Məleykə Abbaszadə bildirib ki, imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar - test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik.

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov isə düşünür ki, Dövlət İmtahan Mərkəzinin Tarif Şurasına bu müraciəti yersizdir.

Ekspert deyir ki, əvvəl imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirəndə, hər il komissiyaya dövlət büdcəsindən 7 milyon manat ayrılırdı. Ancaq Dövlət İmtahan mərkəzi publik hüquqi şəxsdir və göstürdiyi xidmətlərin qarşılığında gəlir əldə edir.

Onun sözlərinə görə, əvvəllər qəbul imtahanlarında iştirak 2 manata başa gəlirdisə, indi 40 manata başa gəlir.

"Bilirsiniz DİM-də çap materialları, ümumilikdə texniki avadanlıqlar, imtahanların sualları yenilənməyib ki, xərclər artsın,  imtahanlar bahalaşsın. Demək olar ki, hazl-hazırda DİM-in əsas resursları əvvəllər dövlət büdcəsindən maliyyələşən vaxtlar əldə edilib. Təbii, imtahanların həyata keçrilməsində insan resursundan da iştirakı nəzərə alsaq, müəyyən xərclər ola bilər. Ancaq bu da ona rəvac vermir ki, DİM qiymətlərlə bağlı Tarif Şurasına müraciət etsin. Ona görə də bu müraciət yersizdir”, - deyə təhsil eksperti Kamran Əsədov bildirib.

Əlavə olaraq qeyd edək ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə çevrildikdən sonra, əvvəlki illərə nisbətən, çox ciddi qiymət artımları oldu. Belə ki, əvvəllər qəbul imtahanlarında iştirak üçün 2 manatlıq, magistratura imtahanlarında iştirak üçün 3 manatlıq kart kifayət idisə, artıq imtahan qiymətləri fərqlidir. Son qiymətlərə görə qəbul və magistratura imtahanlarında iştirak üçün 40-50, rezidentura imtahanında iştirak üçün isə, 60 manat  şəxsi hesabınızda olmalıdır. Əvvəllər 2 manata başa gələn sınaq imtahanları isə, hazırda 20 manat dəyərindədir.

Həzi


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol