• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər – FOTO

Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər – FOTO
29.05.2020 03:07
Sosial şəbəkələrdə Bakıda yerləşən istirahət mərkəzlərindən birində müştəridən xidməthaqqından əlavə pul çıxılması ilə bağlı məlumatlar yayılıb.
"Report”un məlumatına görə, "Xəzri” ailəvi istirahət mərkəzində 51 manatlıq sifariş verən müştəriyə yekun olaraq 73 manatlıq hesab gəlib.

Müştəridən əlavə 22 manat pulun çıxılmasını əks etdirən hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin istirahət mərkəzindən isə bildirilib ki, məsələ ilə bağlı cavab verəcək səlahiyyətli şəxslər iş yerində deyil.
Bəs Azərbaycanda müştəridən hesabdan əlavə "çaypulu” ("çayovoy”) çıxılması qanunla tənzimlənirmi?
İqtisadçı Rəşad Həsənov açıqlamasında Azərbaycanda mal və xidmətlərin satışı üçün qiymətlərin tənzimlənməsi mexanizminin olmadığını vurğulayıb: "Dövlət müəsissələrində mal və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təznimlənir. Digər bazar iqtisadiyyatı subyektlərinin müəyyən etdiyi qiymətlərə dövlətin hansısa formada müdaxilə etmək imkanı yoxdur. Bu, ümumilikdə bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir. Dövlətin əlində zərurət yarandığı halda istifadə edəcəyi alətlər mövcuddur. Məsələn, təklif bolluğunu yaradan təşviq mexanizmləri – vergi, gömrük siyasəti, istehsalat mühitinin liberallaşdırılması və s. Qeyd edilən məsələ ilə bağlı isə sahibkara hər hansı hüquqi təzyiq etmə və məhdudlaşdırma imkanı yoxdur”.
İqtisadçının sözlərinə görə, dünya təcrübəsində adətən xidməthaqqı ümumi hesabın 10 faiz dəyəri ilə ölçülür: "Dünya təcrübəsində buna bənzər yanaşmalar var. Xüsusilə də, iaşə obyektlərində təklif edilən məhsullara qiymət və xidməthaqqı mövcuddur. Adətən, xidməthaqqı ümumi hesabın 10 faiz dəyərində götürülür. Məsələn, menyunun dəyəri 30 manatdırsa, bu zaman əlavə 3 manat xidməthaqqı müəyyənləşdirilir. Bizdə buna bəxşiş deyilir. Amma bu, qanunvericiliklə tənzimlənə bilən bir qiymət deyil. Bunu restoranlar rəqabətli şərtlər daxilində öz xidmətlərinə dəyər fonunda qiymətləndirirlər. Ona görə də bənzər hesablar təqdim edilən müştərilər növbəti dəfə böyük ehtimalla müəsissənin xidmətlərindən imtina edəcək”.
R.Həsənov vurğulayıb ki, Azərbaycanda qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarların sayı kifayət qədərdir: "Bu da təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından, uzunmüdətli inkişaf strategiyasının olmamasından qaynaqlanır. İstənilən halda dövlətin belə məsələlərə müdaxilə edəcək mexanizmi yoxdur. Doğrudur, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qurumu fəaliyyət göstərir, amma bu qurumun funksiyaları fərqlidir, yəni inhisar yarada bilən meyilliliyin və aldadılmanın qarşısını almaqdır. Bir məhsulun üzərində 5 manat yazılıb, 7 manat satılması, saxlanma müddətinin 1 gün olmasına baxmayaraq 1 həftə qeyd edilməsi kimi məsələlərin tənzimlənməsi ilə məşğul olur. Digər məsələlərə qarışma hüququ yoxdur. Qarışarsa, bu artıq bazar iqtisadiyyatı deymək deyil”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol