• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!”

Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!”
28.05.2020 22:07
Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən(plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə "plyonka” çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə yol polisi avtomobillərin belə idarə edilməsinə göz yumur.
Bu iddialar nə dərəcəsə həqiqətdir?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözlərinə görə, mövcud qanunvericilikdə göstərilir ki, may ayının 1-dən noyabr ayının15-nə  qədər arxa küləyə qarşı olmayan şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

"Sürücülər də konkret olaraq bu qaydalara riayət etməlidir. Əgər qanunvericilikdə şüşələrlə bağlı, onların işıqburaxma qabiliyyətinə dair hansısa bir dəyişiklik olarsa, biz bununla əlaqədar rəsmi məlumat verəcəyik. Amma hələki qanunvericiliyin tələbləri nədirsə, sürücülər onun tələblərinə riayət etməlidir. Sürücülər başa düşməlidir ki, qanunun tələblərindən kənara çıxdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar”.

Kamran Əliyev bildirib ki, plyonka da görünüşü məhdudlaşdırır, jalüz də.

"Amma qanunverilikdə plyonkadan və tündəşdirilmiş şüşələrdən yox, müəyyən müddət aralığında sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadəyə icazə verilir. Sürücülər rəsmi olmayan adamlarından eşitdikləri sözlə hərəkət etməməlidir. Rəsmi olaraq qanuna dəyişiklik edilməyibsə, mövcud qanunvericiliyə əməl etməyənlər cərimələnəcək. Yol polisi heç bir qayda pozuntusuna göz yummur”.

 



















































www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol