• $
  • €
  • ₽
  • ₺
  • £

“Xaliq Faiqoğlu” məhkəməyə verildi

“Xaliq Faiqoğlu” məhkəməyə verildi
27.06.2019 16:57
"Bakı Sığorta” ASC "Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC MMC-dən ümumilikdə 2154 manat sığorta ödənişi məbləğinin tutulmasını istəyib.

İddiaçı tələbini onunla əsaslandırıb ki, 26.08.2015-ci il tarixində Bakı şəhəri Tbilisi prospektində, "Xaliq Faiqoğlu” MMC-nin mülkiyyətində olan "Daewoo BS 090” markalı, 10-TG-344 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Tağıyev yol-nəqliyyat hadisəsi törədib. Nəticədə "Bakı Sığorta” ASC-də sığortalanmış "Honda Accord” markalı, 50-CH-233 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib.Hüquq-mühafizə orqanları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, A.Tağıyev yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs kimi müəyyən edilib.
Bu hadisə ilə bağlı "Bakı Sığorta” ASC tərəfindən "Honda Accord” markalı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2117 manat sığorta ödənişi həyata keçirilib. 

Sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı ödədiyi 2117 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olub.
Məhkəmə iddianı qismən təmin edib. 

Qərarda göstərilib ki, "Xaliq Faiqoğlu” MMC-dən sığorta ödənişinin əvəzi kimi ümumilikdə 1058 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı "Bakı Sığorta” ASC-yə ödənilsin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol