Bütün Fransa azərbaycanlı Qadir Babayevin müdafiəsinə qalxdı

Fransanın Ruan şəhərində bütün Fransa ictimaiyyətinin, media və hətta yerli millət vəkillərinin müdaxiləsi yerli universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyasına mane olub.
Anews.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Le Parisien nəşri yazıb.
Qəzetin yazdığına görə, Qadir Babayev Azərbaycandan 15 il əvvəl-6 yaşında olarkən gəlib. Fransız hakimiyyəti 2004-cü ildən onun yaşamaq üçün sənədinin müddətini daim uzadıb. Gənc azərbaycanlının problemləri bu ilin 31 yanvarında başlanıb. Ruan prefekturası ondan pasportunun surətini tələb edib. Amma həmin vaxt Qadirə aid anasında olan pasport artıq etibarsız olub.Baxmayaraq ki, Qadirin əlində başqa-doğum haqqında şəhadətnamə kimi sənədlər var idi, prefektura ondan pasportunu təqdim etməyi tələb etdi, hansı ki, bu gənc insan onu yalnız Azərbaycana qayıdıb orduda xidmət etməklə ala bilərdi. Azərbaycan dilində danışmayan və vətənini qeyri-müəyyən şəkildə xatırlayan bir gənc üçün isə bu ağlasığmaz idi", - deyə nəşr yazıb.
"Ruanda sosial şəbəkələr hamını-jurnalistləri, siyasətçiləri və sadə vətəndaşları səfərbər etməyi bacardı. Ruanın iki deputatı dərhal gənc azərbaycanlı ilə əlaqə saxladı. Onlar onun problemini öyrəndilər və səylərini dəstəklədilər”,- deyə nəşr yazıb.
Prefekturiyada Q.Babayevə 4 illik yaşamaq icazəsi almağa imkan verəcək sertifikat da təqdim olunub.
Həmçinin Qadirə, sənədlərlə problemlərə görə məhrum edildiyi 555 avro məbləğində sosial yardım yenidən ödəniləcək.
Fransa Milli Məclisinin Ruandan olan deputatı Demien Adəm deyir ki, Qadir Babayevin nümunəsi göstərir ki, "Fransada inzibati marşrutlar üzrə keçmək nə qədər çətindir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























