• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
28.06.2019 09:45
 "Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında keçirilən ”Seedstars World” müsabiqəsinin yerli seçimləri baş tutdu. "Hyatt Regency” otelində təşkil olunan yarışmada münsiflər heyəti qarşısında öz layihələrini təqdim etmək üçün dəvət olunan 7 startap sırasından "Wexplain” qalib seçildi.

Anews.az bildirir ki, "Wexplain” qərarlar qəbul olunması və ya məlumat mübadiləsi üçün toplantı təşkil etmək ehtiyacını azaldacaq yeni qurulmuş onlayn bir platformadır. Təklif etdiyi innovativ və davamlı həll sayəsində qalib gəlməyə müvəffəq olan bu startap Azərbaycanı  2019-cu ilin dekabr ayında Qazaxıstanda keçiriləcək "Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, 2020-ci ilin aprel ayında İsveçrədə baş tutacaq "Seedstars World” yarışmasına qatılmaq, bununla da, "Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.

Tibb elmləri sahəsində araşdırmalarla məşğul olan şəxslər üçün dərmanların təftiş məlumatlarını strukturlaşmış formaya salaraq, statistikanın aparılmasında yardımçı olan tətbiq təklif edən "APDVoice” müsabiqədə ikinci yerə layiq görüldü. Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan ağıllı tullantı toplanması sistemini təklif edən "WASCO” startapı isə üçüncü pillədə qərarlaşdı. Məlumat üçün bildirək ki, "Eleven Kings”, "Owbike”, "Real English” və "Senmur” yarışa dəvət olunan startaplar sırasında idi.

Qeyd edək ki, "Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, "Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısı qismində çıxış edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol