• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib
28.06.2019 13:23
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin "Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib.

Anews.az bildirir ki, öz abunəçilərini eksklüziv endirim və üstünlüklərlə təmin etmək məqsədilə Bakcell ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirir. "Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə Bakcell abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.
Bakcell 2 il bundan əvvəl özünün "Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının "Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, "Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.
Bakcell şirkətinin həyata keçirdiyi "Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.

Hər bir Bakcell abunəçisi "Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə "Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol