• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Zooparkı fəaliyyətini nə vaxt bərpa edir?

Bakı Zooparkı fəaliyyətini nə vaxt bərpa edir?
28.06.2019 15:20
Paytaxtda turistlərin və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkı bir neçə aydır ki, fəaliyyətini dayandırıb. Buna səbəb isə Zooparkın genişləndirilməsi idi.


Artıq yay fəsli gəlsə də hələ Bakı Zooparkı istifadəyə verilməyib. Maraqlıdır, Zoopark fəaliyyətini nə zaman bərpa edəcək? Ümumiyyətlə, əvvəllər orada olan heyvanlar yayın bu qızmar günündə harada və hansı şəraitdə saxlanılırlar?


Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran Zooloji Parkın direktoru Azər Hüseynov bildirib ki, Zoopark fevral ayından müvəqqəti olaraq fəaliyyətini dayandırıb:


"Hazırda təmir işləri davam etdirilir, bu işlər bitdikdən sonra parkın fəaliyyəti davam etdiriləcək. Heyvanları müvəqqəti saxlanc yerinə yerləşdirmişik. Onlar saxlanılan yerdə isə hər cür şərait yaradılıb. Sözügedən yerdə hovuz su ilə doldurulub, içmək üçün xüsusi su qabları qoyulub və heyvanlar üçün kölgəliklər yaradılıb. Onların qidasında isə yay fəslinə uyğun meyvə və tərəvəzlərdən istifadə edilir”.


A.Hüseynov əlavə edib ki, Bakı Zooparkı genişləndirilərək əsaslı təmir edilir və heyvanların şəraiti yaxşılaşdırılır: "Parkın ərazisi 2.25 hektar idi, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra bu 4.25 hektar olacaq”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol