• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıdan oğurlanan saat saxta çıxdı

Azərbaycanlıdan oğurlanan saat saxta çıxdı
28.06.2019 17:46
İbiza şəhərində azərbaycanlıdan oğurlanmış saat orijinal yox, onun 1200 dollar dəyərində nüsxəsi olub.

Virtualaz.org bildirir ki, məlumatı bu gün "Arqumentı nedeli" nəşri yayıb.
"Onlar orijinalı yox, onun oxşarını oğurlayıblar" deyən mənbə əlavə edib ki, hadisədən dərhal sonra zərərçəkən bu barədə polisə məlumat verib.
Söhbət "Richard Mille Tourbillon F1 McLaren RM 50-03 / 01” markalı saatın, necə deyərlər, dublikatından gedir.

Xatırladaq ki, hadisə iyunun 19-da baş verib. Azərbaycandan olan iki gənc turist-22 yaşlı zəngin birisi və dostu İspaniyanın İbiza adasının Paseo-de-Joan Karles rayonunda, sahildə gəzərkən saat 16.30 radələrində hücuma məruz qalıblar. Təxminən 30 yaşlarında olan bir şəxs qəfildən onlardan birinə hücum edərək bir neçə dəfə itələyib, azərbaycanlı zəngin gənc qolundan və əlindən xəsarət alıb. Hücum edən şəxs onun guya 1,5 milyon avro dəyəri olan saatını götürərək qaçıb.

"Richard Mille 50-03 MCLaren F1” markalı saatdan dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan-poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunur.

Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın "ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol