• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili orqanında heroin keçirmək istəyən qadın İranla sərhəddə saxlanıldı

Daxili orqanında heroin keçirmək istəyən qadın İranla sərhəddə saxlanıldı
28.06.2019 23:47
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da ona məxsus əl çantasının içərisində həblər olduğu müəyyən edilib.

Daha sonra xanım vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanından şəffaf rəngli sellofana bükülü 7 ədəd uzunsov formalı bağlamada 425 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 49 ədəd açıq qəhvəyi rəngli, birxətli üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.
Faktla bağlı araşdırma aparılır.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol