• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq
29.05.2020 09:18
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edilib.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan ala bilərlər. İştirak haqqı 1000 manatdır. 

İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iyulun 18-i saat 17.00-dək təqdim etməlidirlər. Tender təklifi və bank zəmanəti isə iyulun 29-u saat 17.00-dək təqdim olunmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, tender təklifləri yekunlaşdıqdan sonra təkliflərə müvafiq komissiya tərəfindən baxılacaq: "Bundan sonra isə binanın hansı şirkət tərəfindən və nə zaman təmir olunacağı ilə bağlı qərar qəbul ediləcək”.

Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol