Ucarda minik maşını yol kənarına aşıb, 3 nəfər yaralanıb

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Gəncə şəhər sakinləri -1970-ci il təvəllüdlü Azad Həmid oğlu Hüseynov, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Zahidə Daşdəmir qızı Hüseynova və Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Fuad Aslan oğlu Aslanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib