• $
  • €
  • ₽
  • ₺
  • £

Boşanmış adama bu sözləri demək olmaz 12 KƏLMƏ

Boşanmış adama bu sözləri demək olmaz 12 KƏLMƏ
05.09.2014 16:24
Boşanmaq həyatımızın gerçəklərindən biridir. Çətin bir qərardır, həm də bəzən məcburiyyətdən irəli gələn hərəkət hesab olunur. Ətrafınızda yəqin ki, boşanmış dostunuz, tanışınız var. Onları görərsinizsə, qətiyyən bu cümlələri onlara deməyin:

"Bu xəbəri eşidib çox üzüldüm" - bu sözlərdən sonra boşanmış birisi mütləq ayrılıqdan sonra necə rahat və xoşbəxt olduğunu sübut etməyə çalışacaq. Əslində bu, çox yorucu və iyrəndici bir şeydir. Axı nəticədə əgər həmin şəxs ayrılıbsa, deməli, özünü bədbəxt hiss edib və bundan sonra xoşbəxt olmağa can atacaq..."Ona ikinci şans verməzsənmi?" - siz bu təklifi verənə qədər artıq boşanma olub, hər şey bitib. Bir də heç onun qarşı tərəfə şans vermədiyini hardan bilirsən? İkinci şans deyirsən?! Bəlkə iki min dəfə şans verib."Bəs uşaqlar nə olacaq?" - Bu sualdan uzaq durun. Çünki boşanma qərarının ən çıxılmaz edən məsələ elə uşaq məsələsidir. Heç kimə sirr deyil ki, bir çox özlərini bədbəxt hesab edən ailələr məhz uşaq məsələsinə görə cütlüklərini davam etdirirlər. Əslində, evdəki xoş olmayan ortam uşaqlara da sirayət edir. Amma mütəxəssislər araşdırıb ki, boşanmış və özlərini xoşbəxt hesab edən valideynlər birlikdə yaşayan və daim psixoloji gərginlik altında yaşayan cütlüklərdən daha çox uşaqlarına müsbət təsir göstərə bilirlər."Sizi təkrar biraraya gətirə bilərəmmi?" - boşanmış bir nəfər bu sualınızın cavabında "Xeyr, təşəkkür edirəm, mən belə daha yaxşıyam", - deyərsə, inanın, qarşınızdakı hövsələli bir adamdır. Amma yaddan çıxarmayın ki, adam üzərinə vəzifə olmayan işlərə qarışmaz!"Başqa birisini tapmaq lazımdır" - Çox adam elə düşünür ki, ayrılıqların yerini ancaq yeni münasibətlər doldura bilər. Yeni bir münasibətin yaranması sanki, ayrılmış, boşanmış adamın bütün yaralarına məlhəm olacaq. Əslində, yeni boşanmış adama lazım olan ən sonuncu şey yeni sevgi, yeni münasibətdir. Bu, yeni problemlərin yaranmasına səbəb ola bilər. Boşanmış adamın ən əvvəl daha çox ruhi dincəlməyə ehtiyacı var."Ailə məsuliyyəti daşımaq çox çətindir" - Guya sən boşanmış adama ürək-dirək verirsən, amma bu, əslində qarşı tərəfdə "eh, ailə məsuliyyəti, ailə saxlamaq sənlik deyil" təəssüratı yaradacaq."Keçmiş yoldaşın necədir indi?" - Bununla maraqlansaydı, boşanmazdı axı..."Yaxşı ki, boşandın, heç onu sevməmişdim" - kimsənin keçmiş həyat yoldaşı üşün belə, yaxud buna bənzər pis ifadələr işlətmə. Bir gün peşiman olarsan. Nə bilirsən ki, onlar nə vaxtsa barışıb-barışmayacaqlar?!"Səni aldatdığı üçün boşandın?" - Səbəb aldatmaq olsa belə, ayrılmanın nə üzdən baş verdiyini təkrar eşitmək boşanmış kimsənin xoşuna getməz."Sənin keçmiş həyat yoldaşının təzə arvadı (yaxud əri) çox yaxşı adamdır" - kim keçmişdə bir yastığa baş qoyduğu, bəlkə də çox sevdiyi birisinin yeni sevgilisi, həyat yoldaşı haqqında belə xoş sözlər eşitmək istəyər ki?"Sənə demişdim, məni dinləmədin" - Kimsə rahat bir düzənini kimsənin sözləri ilə dağıtmaz. Evlilikdə bu qərarı yalnız bir dam altında yaşayanlar verir."İndi nə edəcəksən?" - Bu sualı isə qətiyyən soruşmayın. Çünki boşanan adamın özü belə bunu bilmir.Hazırladı Nuray

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol