• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya gələn azərbaycanlı Vnukovo aeroportunun 600 mininci sərnişini olub - FOTOLAR

Bakıya gələn azərbaycanlı Vnukovo aeroportunun 600 mininci sərnişini olub - FOTOLAR
01.07.2019 20:30
"Buta Airways"la Bakıya gələn əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ülkər Bayramova Moskvanın Vnukovo Beynəlxalq Hava Limanının 600 mininci sərnişini olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 600 mininci sərnişinin qeydiyyatdan keçməsi münasibəti ilə Vnukovo Beynəlxalq Hava limanında tədbir keçirilib.

Tədbirdə Vnukovo Beynəlxalq Hava limanının baş direktorunun müavini Anton Kuznetsov, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Rusiya üzrə nümayəndəliyinin rəhbəri Rahib İsayev və Bakı istiqamətində uçan sərnişinlər iştirak ediblər.

Tədbirdə çıxış edən "Vnukovo" aeroportunun baş direktorunun müavini Anton Kuznetsov Azərbaycan Hava Yolları QSC ilə əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirib. O, 2015-ci ildən AZAL-la birgə əməkdaşlıq etdiklərini vurğulayıb: "Bizim aeroportdan Bakı, eləcə də Azərbaycanın digər şəhərləri olan Qəbələ, Gəncə və Lənkəran istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirilir. Həftədə Azərbaycana 26 reys həyata keçirilir ki, bu da həmin müddətdə 6 mindən çox sərnişin deməkdir".

AZAL-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri R. İsayev 600 mininci sərnişinin "Buta Airways"in payına düşməsinin sevindirici hal olduğunu qeyd edib.

Daha sonra 600 mininci sərnişin Ü. Bayramovaya "Vnukovo" aeroportu və AZAL adından hədiyyələr təqdim olunub. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol