• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda oğlanı qızın çiynindəki şala görə öldürdülər

Bakı metrosunda oğlanı qızın çiynindəki şala görə öldürdülər
01.07.2019 18:19
Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və qətl hadisəsi baş verib. Əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb.
Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını "Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub.
Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.
Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol