Tanınmış həkimi və arvadını öldürənə ömürlük cəza verildi

Bakı Apellyasiya Məhkəməsində tanınmış həkim və arvadını öldürməkdə təqsirləndirilən İlqar Xancanov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Unikal.org-un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Xancanovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























