Xəsətəxanadakı ölümlə bağlı həkim işdən çıxarıldı, cinayət işi açıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə baş verən hadisə ilə bağlı məlumat yayıb.
Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.
Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























