Bakıda həyəcanlı anlar - Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR

Bakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılıb.
Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hazırda baxış keçirilir, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd əl qumbarası aşkar olunub.
Hadisə yerindən verilən məlumata görə, qumbara ağacın dibinə basdırılıb. Vətəndaşlardan biri bunu aşkar etdiyi üçün, polisə məlumat verib. Hazırda qumbaranın kim və nə vaxt həmin əraziyə basdırıldığı istiqamətində araşdırma aparılır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























