"Şokolad paylayanda ağlayıb otaqdan çıxdım" - Tanınmış kişi jurnalistlərin ilk sevgi etirafları

İlk sevgi hərkəsin həyatında və yaddaşında xatirələrə çevriləcək
qədər maraqlı anlarla yadda qalır. Bəs sizin ilk sevginiz yaddaşınızda necə
qalıb sualı ilə tanınmış jurnalistlər arasında maraqlı sorğu keçirdik.
Anews.az saytı həmin sorğunu təqdim edir.
Ölkə.az saytının baş redaktoru Hikmət Həsənov:
"Mənim ilk sevgi hekayəm 1990-ci illərə təsadüf edir.
Antalyada turizm sahəsində çalışarkən orada atv kanalında işləyən Fatoş adlı
qıza aşik olmuşdum. Hətta uzun illər sevgili olduq. Evlənməyi belə düşünürdüm. Sadəcə o mənimlə
Bakıya gəlmək istəmədi deyə ayrıldıq. Uzun illərdən sonra İstanbul avtobusunda
qarşılaşdıq. O bizim son görüşümüz oldu və yadımda məni qucaqlayıb ağlayan qız
kimi qaldı. Əgər evlənsəydim bəlkə də ilk türk qızı alanlardan biri mən
olacaqdım. Evləndiyim xanıma bu sevgim haqqında da danışmışam. Onunla olan
bütün şəkilləri cırıb.(gülür) Sadəcə ürəyimin bir küncündə onun bağlı xatirələr
qalıb”.

Baku.ws saytının baş redaktoru Azad Əliyev:
"Evdə dava salmaq istəyirsən deyəsən (gülür). Yadıma gəlir
ki, ilk sevgim gizli olub. 6-cı sinifdə oxuyanda öz coğrafiya müəllimimi sevirdim. Onun dərsləri
gəlsin deyə səbirsizliklə gözləyirdim. Həm də o fənni oxuyan ən yaxşı şagird mən
idim. Fənni də xoşladığım üçün yox müəlliməyə aşik olduğum üçün sevirdim”.

Redaktor az saytının baş məsləhətçisi jurnalist Bahadur Seyidov:
"Əksər uşaqlarda olduğu kimi 1-ci sinifə gedərkən hər kəsin
xoşladığı bir əks cinsin nümayəndəsi olur. Amma sonradan bunun sevgi olmadığını
anlayırsan. Hətta yeniyetməlik, tələbəlik dövründə də yaşananlar tam anlamı ilə
eşq sayıla bilməz. Mən həmişə sevmişəm, sevgisiz yaşaya bilmirəm çünki. Amma
sevgini, eşqi indi-indi anlayıram. Əvvəlkilər gülməli və bəsit gəlir. İndiyə
kimi bir neçə qadın sevmişəm. Sonda onların biri ilə evləndim”.

Müstəqil az saytının baş redaktoru Faiq Balabəyli:
"İlk sevgim lap kiçik yaşlarıma təsadüf edir. Məktəbli idim.
Və məktəbimizdə bir qız oxuyurdu. Gözəl idi. Ondan xoşum gəlirdi. Uzun illər yəni
orta məktəbi bitirənə qədər ona olan istəyim azalmadı. Daha da çoxaldı. Sonra mən
şəhərə oxumağa gəldim. Onu da ərə verdilər. Bu mənim iç dünyamda saxladığım və
heç kəsə bildirmədiyim hiss idi. O qız da bilmədi. İndi nənədir. Kəndə gedəndə
arada görürəm. Salamlaşırıq. Ona heç vaxt heç nə demədim. Ona heç vaxt məktub
yazmasam da çoxlu şeirlər yazdım”.

Atv radiosunun aparıcısı Raqif Raufoğlu:
"Mən ilk sevgimi 10-cu sinifdə oxuyarkən yaşamışam. Bəlkədə
o sevgi sayılmır. Amma bizim o yaşdakı düşüncəmiz üçün sevgi idi. Sinifimizdə
oxuyan bir qıza vurulmuşdum. Ona qarşı özəl münasibət var idi. Məndən başqa heç
kimlə danışmağını istəmirdim. Bir sözlə bir –birimizə qarşı daha diqqətli idik.
Mən dərs danışanda belə diqqət edirdi ki, qozbel dayanma, düz dayan. Ümumiyyətlə
bu çox təhlükəli sualdır və mən bunun dərinliyinə getmək istəmirəm”.

Qaynarinfo saytının baş redaktoru Zahir Əzəmət:
"Gör evdə dava sala bilirsən(gülür). Zarafat bir yana, ilk sevgim ibtidai sinif müəlliməm
olub. Gənc qız idi, ona aşiq olmuşdum. 6 yaşım var idi onda. 3-cü sinifdə oxuyanda gəlib sinifdə
hammıza şokolad payladı. Onda bildim ki, nişanlanıb. Mən də ağlayıb sinifdən
çıxmışdım”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























