• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədovun müavininə Nazirlər Kabinetində vəzifə verildi

Ziya Məmmədovun müavininə Nazirlər Kabinetində vəzifə verildi
03.07.2019 16:00
Keçmiş nəqliyyat nazirinin müavini Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Modern.az xəbər verir ki. bunu APA-ya açıqlamasında Musa Pənahov bildirib.

O qeyd edib ki, Baş nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, M. Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.  Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib  və 13 fevral  2017-ci il tarixə qədər bu vəzifəni tutub. 

Prezident İlham Əliyevin 13 fevral  2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol