• $
  • €
  • ₽
  • ₺
  • £

Mollalarımız xəbərdarlıq aldı: - 2 min manat cərimə olunacaqsınız!

Mollalarımız xəbərdarlıq aldı: - 2 min manat cərimə olunacaqsınız!
29.05.2020 00:09
Azərbaycanda yas mərasimlərinin təmrəraqla keçirilməsi son illər dəb halını alıb. Nəticədə dünyasını dəyişənin yasını tutmaq bir tərəfdə qalır, ölü yiyəsi 3, 7, 40 mərasimlərini necə verəcəyinin dərdini çəkir.Əksər hallarda ölü sahibi “qonşudan geri qalma” prinsipi ilə hərəkət edərək borca düşür. Bu isə olur ikitərəfli yas...Məsələ ciddi problemə çevrildiyindən bir neçə müddətdir ki, cəmiyyətdə müzakirə mövzusu olub.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələyə son kəskin reaksiyasından sonra ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, səlahiyyətli şəxslər fakta etinasız yanaşmırlar.Bütün bunları nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərində baş verən israfçılığın qarşısını almaq üçün verdiyi bəyanat öz səmərəsini verməyə başlayıb.Artıq ölkənin ayrı-ayrı bölgələrində qaldırılan məsələnin həlli üçün konkret addımlar atılır.Ötən gün Qarabağ bölgəsində bir neçə rayonda olan Modern.az əməkdaşının apardığı müşahidələr belə deməyə əsas verir.Məlum olub ki, yas mərasimlərində iştirak edən mollalara ciddi xəbərdarlıq edilərək bildirilib ki, süfrədə müəyyən olunmuş təamlaradan əlavə yeməklər verilərsə, mollalar həmin mərasimlərə qatılmaqdan imtina etsinlər. Bunun əksini edənləri isə nə az, nə çox, düz 2 min manat məbləğində cərimə gözləyir.Məsələdən hali olan din xadimləri cəriməyə düşməmək üçün qoyulan qaydalara ciddi riayət etdiklərini söyləyiblər. Beləcə hüzr sahibi də birmənalı olaraq yasın mollasız keçməməsi üçün “dəb”i bir kənara qoymağa məcbur olur.Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyyələr verib.Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində təmtəraqlı toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətdə öz əksini tapmışdı. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinə olduğunu və bu istiqamətdə atılan addımları dəstəklədiyini bildirib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol