• $
  • €
  • ₽
  • ₺
  • £

Mixail Qusman: “Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir”

Mixail Qusman: “Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir”
03.07.2019 21:00
"Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı "Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, "Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu TASS Dövlət İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman TASS” agentliyinin Azərbaycan əsilli jurnalist Səadət Kadırovanın müəllifi olduğu "kadyrovaonline" YouTube kanalında yayımlanan "Meçtı sbıvayutsya-Arzular gerçəkləşir" verilişində deyib.

M. Qusman bildirib ki, Rusiyada əslən Azərbaycandan olan görkəmli şəxslər yaşayır: "Onlar elm, mədəniyyət, biznes və digər sahələrdə təmsil olunurlar. Bu insanlar Rusiya cəmiyyətinin tərkib hissəsidir. Onlar Rusiyaya böyük fayda verirlər. Lakin bununla belə, onlar eşq olsun ki, öz doğma vətənləri ilə əlaqəni kəsmirlər. Con Kennedinin məşhur bir kəlamı var: "Soruşma ki, Amerika sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən. Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı "Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, "Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

M. Qusman Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinin vacibliyini də vurğulayıb: "Təşkilatlar çox ola bilər. Burada söhbət monopoliyadan getmir. Əsas odur ki, həmin təşkilatlar insanlara xeyir gətirsin. Azərbaycan diaspor təşkilatlarında çox müdrik, ağıllı, peşəkar, öz sahəsində böyük nailiyyətlər əldə edən insanlar var. Gərək bu təşkilatlar birləşmə formasını tapıb insanlara fayda versinlər. Lakin elə insanlar var ki, rəis olmağı xoşlayırlar. Bu "nonsens"dir. Bu ambisiyaların oyunudur və ümumi işə zərər verir”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol