• $
  • €
  • ₽
  • ₺
  • £

Pasiyentlərin sağlamlığına dəyən zərər geri ödəniləcək

Pasiyentlərin sağlamlığına dəyən zərər geri ödəniləcək
03.07.2019 23:00
"Azərbaycanda pasiyentlərin hüquqları ilə bağlı 3 müstəvidə hüquqi əsaslar olacaq. Pasiyentlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılacaq".

Bunu APA -ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, "Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsində təzminat, pasiyentə vurulan iqtisadi və mənəvi zərərin ödənilməsi hüququ olmalıdır: "Bunun üçün müəyyən standartlar da hazırlanmalıdır. Pasiyentə vurulan zərəri hüquq-mühafizə orqanlarına qədər müstəqil bir komissiya araşdırmalıdır. Bu, dünya təcrübəsində var. Həmin komissiyanın tərkibində müxtəlif sahələrdə təcrübəsi olan həkim ekspertlər, hüquq-mühafizə orqanlarının işçiləri və QHT, ictimaiyyət nümayəndələri olmalıdır. "Pasiyentin hüquqları haqqında” qanun layihəsində də bunlar öz əksini tapacaq. Həmin komissiyanın qərarı isə son qərar olmalı deyil, tövsiyə xarakteri daşımalıdır. Bu qərar əsasında isə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini müəyyənləşdirməlidir”.

Deputat qeyd edib ki, bir neçə gün bundan öncə Səhiyyə komitəsinin iclasında vətəndaşları çox narahat edən tibb işçisi-klinika-pasiyent münasibətlərinin yeni müstəvidə çözülməsi və onun daha sivil münasibətlər səviyyəsinə qaldırılması üçün hüquqi bazanın yaradılması istiqamətində müzakirə keçirilib: "Həmin dinləmədə deputatlarla yanaşı, bu sahədə çalışan təcrübəli ekspertlər, həm özəl, həm də dövlət sektorunda olan səhiyyə müəssisələrinin, İcbari Tibbi Sığorta Agentliyinin rəhbər işçiləri, AMEA-nın İnsan Hüquqları İnstitutunun alimləri iştirak ediblər. Həmin dinləmədə qərara alınıb ki, "Pasiyentin hüquqları haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrup yaradılsın. Sual oluna bilər ki, indiyə qədər Azərbaycanda pasiyentlərin hüquqları qorunmurdumu? Əlbəttə, qorunurdu. Hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan "Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir. Bu qanunun bir fəsli pasiyentlərin hüquqları ilə bağlı müddəaları özündə əks etdirir. Amma bu qanun sovet modelindən irəli gələn bir sənəddir. Həmin qanun icbari tibbi sığortanın olmadığı dövrdə qəbul edilib. Qanunda pasiyentin müraciət, klinikanı seçmək, anonimlik hüququ öz əksini tapıb. İndi isə pasiyentin hüquqları dedikdə həm iqtisadi, həm inzibati, həm cinayət, həm də mülki müstəvidə çözülən hüquqları başa düşülür. Bu da indiki dövrün tələblərinə tam uyğundur. Hesab edirəm ki, yeni hazırlanacaq "Pasiyentin hüquqları haqqında” qanun layihəsi müasir dövrün tələblərinə tam cavab verəcək”.

M.Quliyev bildirib ki, yeni qanun layihəsi üzərində işlər yekunlaşdıqdan sonra gələn ilin yaz sessiyasında komitəyə təqdim olunacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol