• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama verdi

Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama verdi
03.07.2019 23:09
"İnstagram”, "Facebook” və "WhatsApp” sosial platformalarında problem yaranıb.
Oxu.Az xəbər verir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.
"Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.

Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.
Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.
Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.
Qeyd edək ki, "WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.
"İnstagram” istifadəçilərinin 83%-i "download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.
"Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.
Məsələ ilə bağlı "Facebook” rəsmi açıqlama yayıb. "Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: "Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol