Əsəd rejiminə qarşı döyüşən güləşçimizdən xəbər var

Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib. Bu barədə AzVision.az-a idmançının ailəsi məlumat verib. Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.“Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemim yoxdur”- deyə güləşçi anası ilə söhbətində bildirib.Qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumat yayılmışdı. Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə Respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O, Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























