• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” gənc şahmatçılara dəstək olur

“Nar” gənc şahmatçılara dəstək olur
29.05.2020 06:31
Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, "Nar”, 2-10 iyul tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Anews.az bildirir ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də "Nar”-dan xüsusi mükafatlar qazanacaqlar.
 
Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı" çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, Iran, Türkiyə, Rusiya, İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 Beynəlxalq usta və 9 FİDE ustası yer alıb.
 
"Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir. "Nar”-ın KSM strategiyası haqqında daha ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol