Azercell-in təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıb

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan
Azərbaycanın telekommunikasiya sahəsinin lideri "Azercell Telekom” MMC 28 iyun
tarixində ilk dəfə olaraq "Azercell-də 1 gün” adlı tədbir təşkil etdi.
Anews.az xəbər verir ki, Azercell tədbirə qatılan qonaqlara
şirkətin iş mühiti ilə yaxından tanış olmaq və İT sahəsinin aparıcı ekspertləri
ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaratdı.
Azercell-in İT və Big Data departamentlərinin mütəxəssisləri "Data Engineering
and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq, öncədən
müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşdülər
və telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim etdilər.
Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin
tələbələri rəqəmsal dünyanın yenilikəri ilə tanış olmaq imkanından da
yararlandılar.
Azercell Telekom bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək.
Şirkətin İnsan Qaynaqları Departamentinin təqdim etdiyi ən son yenilikləri "Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























