• $
  • €
  • ₽
  • ₺
  • £

Enerji içkiləri məhz bu səbəblərə görə faydalı hesab olunur

Enerji içkiləri məhz bu səbəblərə görə faydalı hesab olunur
05.07.2019 13:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Bu qaydaların qəbul edilməsi ilə əlaqədar enerji içkiləri yenidən medianın gündəmindədir. 

Əslində isə enerji içkiləri müasir dövrün icadı hesab edilsə də, məhz spesifik enerji artırıcı içki kimi istehsal edilən içki 1960-cı ildə Yaponiyada istehsal edilib. Hazırda dünyada ən çox satılan enerji içkiləri brendlərinin sayı 60-dan çoxdur və bəzilərinin illik gəliri milyardlarla ölçülür. 

İllərlə istifadə edilməsinə baxmayaraq, enerji içkilərinin təhlükəli olduğunu düşünən istehlakçılar var. Lakin bir şeyi untmaq lazım deyil ki, enerji içkiləri mağazalarda öz yerini rahat formada tuta bilir. Sağlamlığa zərərli heç bir məhsul açıq formada əhaliyə satılmır. Əks halda bunun qarşısını hüquq mühafizə orqanları və qida təhlükəsizliyi ilə bağlı qurumlar alardılar. Lakin bütün istehlak məhsullarında olduğu kimi enerji içkilərini də qədərində içmək lazımdır. 

Kofein tərkibli qidaların düzgün istehlakını öyrənmək üçün dietoloq Ofeliya Tahirovaya müraciət etdik. Ofeliya xanım bildirib ki, kofein qədərində istifadə olunarsa, faydalıdır: 

"Kofein çayda, qəhvədə, şokoladda və digər qidaların tərkibində var. Əslində, kofein yaddaşı gücləndirmək üçün çox faydalıdır. Yaddaş zəifləməsinin qarşısını alır. Amma miqdarı aşmamaq şərti ilə qəbul edilməlidir. Sağlam yetkin insan gün ərzində iki fincan sadə qəhvə ilə bu tələbatı ödəyə bilər, lakin Avropa Qida Təhlükəsizliyi Agentliyi araşdırması nəticəsində belə qənaətə gəlib ki, gündə 5 fincana qədər qəhvə içmək sağlamlıq üçün risk törətmir”.
Nəzərə almaq lazımdır ki, gündəlik həyat fəaliyyətimiz bizim enerji sərfiyyatımıza və diqqəti cəmləməyimizə nə dərəcədə təsir göstərir. Başqa sözlə, bəzi günlərdə kofein istehlakı bizi gümrahlaşdırsa da, bunu gündəlik təlabat halına salmaq və asılı vəziyyətə gəlmək lazım deyil. Bunun əvəzində həyat tərzimizi balanslaşdırmalıyıq, çünki həyat tərzimiz birbaşa sağlamlıqla və orqanizmin enerji istifadəsi ilə bağlıdır.

Balanslaşdırılmış həyat tərzi üçün tövsiyələr: Keyfiyyətli yuxu, təbii məhsullardan təşkil olunan qida rejimi, spirtli içkilərdən və siqaretdən imtina, mütəmadi təbii su içmək kimi vərdişlər birbaşa bədənin enerji səviyyəsini yaxşılaşdıran amillərdir.

Amerika İçki Assosiyasiyası enerji içkilərinin təhlükəsiz olduğunu söyləyir, bunu enerji içkilərinin tərkibində olan maddələrin digər gündəlik istehlak məhsullarının tərkibində olması ilə əsaslandırır.

Əksər enerji içkilərinin tərkibində kofein, şəkər, B vitaminləri, leqal stimullaşdırıcılar - quarana, taurin, amin turşuları və bədəndəki piyi enerjiyə çevirən L - karnitin yer alır. 

Enerji içkiləri bazarında daim bir-birindən daha keyfiyyətli məhsul istehsal edən markalar var.
Çünki insanların sürətli texnologiya dövründə tərkibində alkoqol olmadan özlərini gümrah hiss etdirəcək içkilərə təlabatı artır. 

Qeyd edək ki, kofeinli qida və içki istehsalçıları istehlak normaları barədə daim istehlakçıları məlumatlandırmalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 2015-ci ildə 66 531 insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, gündəlik 250 ml qablaşdırmada 5 qutu enerji içkisi içmək sağlam yetkin insan üçün heç bir risk daşımır. Məsuliyyətli istehsalçılar isə gündə 1 qutu enerji içkisi içməyi tövsiyə edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol