• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotik və spirtli içki aludəçiliyinə görə 30 POLİS İŞDƏN ÇIXARILIB

Narkotik və spirtli içki aludəçiliyinə görə 30 POLİS İŞDƏN ÇIXARILIB
28.05.2020 21:18
Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il ərzində daxili işlər orqanlarında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı statistik məlumatları açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15 715 əməkdaşı mükafatlandırılıb.

Daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtlarda nizam-intizam qaydalarının, həmçinin, qanunçuluğun tələblərinin pozulması hallarına yol verdiklərinə görə 5103 nəfər əməkdaş cəzalandırılıb.

2018-ci ildə daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınıb, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

O cümlədən, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 27nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol