• $
  • €
  • ₽
  • ₺
  • £

Dubay əmiri Londona qaçan arvadını məhkəməyə verdi

Dubay əmiri Londona qaçan arvadını məhkəməyə verdi
05.07.2019 16:40
Birləşmiş Ərəb Əmirliklərinin Baş Naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktum ölkədən qaçan həyat yoldaşı Həyya bint əl-Hüseyni məhkəməyə verib.

"Qafqazinfo”nun "CNN”ə istinadən verdiyi xəbərə görə, işə iyulun 30-31-də Londonda Ali Məhkəmənin ailə şöbəsində baxılacaq. 

Agentlik yazır ki, İordaniyanın sabiq kralı Hüseynin qızı, hazırkı kral II Abdullahın ögey bacısı Haya 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Londonda 107 milyonluq malikanədə yaşayır. 

Məşhur beynəlxalq fiqur olan şahzadə Haya İngiltərə kralı Çarlz və onun xanımı Kamilla ilə çox yaxın dostluq əlaqələrinə malikdir. Dubay əmirinin xanımının qaçması xəbərindən sonra Krallıq məhkəmələri prosesin tarixini təsdiqləyərək bildiriblər ki, sonuncu dəfə işə 22 may 2019-cu ildə baxılıb. Növbəti proses isə 30-31 iyul tarixlərinə təyin edilib.

Məlumata görə, Şeyx Əl-Maktumu məhkəmədə Londonun "Styuarts” hüquq firmasının vəkili Helen Uord müdafiə edəcək.  
Qeyd edək ki, İordaniyada dünyaya gələn şahzadə Haya İngiltərənin Oksford universitetində siyasət, filosofiya və iqtisadiyyat sahəsində təhsil alıb. O, 2004-cü ildə Əl-Maktumla ailə quraraq onun sayca altıncı arvadı olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol