• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu

“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu
05.07.2019 17:30
Gənclərin intelletual inkişafına xüsusi diqqət ayıran "Nar” mobil operatoronun dəstəyilə baş tutan "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb.

Final mərhələsində "Lerik” və "Gəncə” komandaları da yarışsa da, qalib adı uğrunda mübarizədə "Kapital Bank” və "Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn "Nar” komandası "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb.

Qeyd edək ki, "Azerfon” şirkətinin Baş İcraçı Direktoru Gunnar Pahnke qalib komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib. 

Yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu "Nar”-ın "Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür. 
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol