Bakıda maşını əzilən şəxslər avtobus sürücüsünü döydü

Bakının Nizami rayonu ərazisində avtobus sürücüsü döyülüb.
ANN.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qara Qarayev metrostansiyasının qarşısında 36 saylı marşrut avtobusu "Mercedes" markalı avtomobillə toqquşub. Yalnız güzgüsü zədələnən "Mercedes" markalı avtomobildən düşən 2 nəfər avtobusu saxlayaraq sürücünü möhkəm döyüb.
Hadisə yerinə polis əməkdaşları gəlib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























