• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək - Qərar veriləcək

Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək - Qərar veriləcək
04.09.2014 17:32
Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək. Bu barədə Lent.az-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın Adlar və soyadlar komissiyası Nazirlər Kabinetinə tövsiyələr verib.Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində işləyir. Bir az geciksə də, Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı qərar veriləcək”. Komitə sədri deyib ki, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək. Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı verəcəyi qərar məcburi icra ediləcək:“Bu, yeni doğulan uşaqlar üçün məcburi olacaq. Məsələn, ola bilməz ki, Nizami Cəfərov bu yaşında soyadının sonluğunu dəyişsin”. N.Cəfərov onu da vurğulayıb ki, Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsi ilə bağlı sənədin üzərində işləyir:“Fikrimcə, ad və soyadlarla bağlı ayrıca yeni qanun qəbul olunmalıdır. Çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Bəzən uşaqlara elə adlar qoyulur ki, onlar özünü doğrultmur. Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib. Ancaq bu gün azərbaycanlıların 80 faizinin soyad sonluğunu -ov, -yev, 10 faizini -lı, -li, -lu, -lü, 10 faizini isə -zadə sonluğu təşkil edir”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol