• $
  • €
  • ₽
  • ₺
  • £

Piyadadan 10 manat rüşvət alan polislər - İŞDƏN ÇIXARILDI

Piyadadan 10 manat rüşvət alan polislər - İŞDƏN ÇIXARILDI
08.07.2019 12:23
Bakıda piyadadan 10 manat rüşvət alan polislər işdən çıxarılıb.

Anews.az- in Unikal.org-a istinadan əldə etdiyi məlumata görə, polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama zamanı müəyyən olunub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq Prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.

Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də heç bir sənədləşdirmə aparmayıblar. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”-nin tələblərini pozduqlarına görə, "Azərbaycan Respublikasının daxili işlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polis şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti Bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə, Bakı şəhər BPİ rəsinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Anews.az bildirir ki, sözügedən xəbəri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol