• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı Belarusda mükafata layiq görülüb

Azərbaycanlı iş adamı Belarusda mükafata layiq görülüb
08.07.2019 20:30
Azərbaycanlı iş adamı Vasif İsmayılov Belarusda keçirilən "İş adamı” müsabiqəsində 12 nəfər laureat arasından "Yerli bazarda xarici brendin yüksək səviyyəsinin saxlanmasına görə” nominasiyası üzrə qalib olub.

APA-nın xəbərinə görə, bununla əlaqədar Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iş adamını qəbul edib.
Səfir iş adamını təbrik edərək ona fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edib. 

G. Axramoviç bildirib ki, V. İsmayılov kimi iş adamları sayəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri genişlənir.
Səfirin sözlərinə görə, Belarusda Azərbaycan mallarına tələbat artır: "Azərbaycan və Belarus arasındakı münasibətlər nümunəvidir. Əsas məqsəd iki ölkə arasında ötən il əldə olunan yarım milyard dollarlıq ticarət dövriyyəsini qoruyub saxlamaqla, yanaşı bu rəqəmi yüksəltməkdir”. 
Qeyd edək ki, "İş adamı” müsabiqəsi hər il keçirilir, Belarus bazarında ən dinamik inkişaf edən yerli və xarici müəssisələrin rəhbərləri müxtəlif nominasiyalarda mükafatlandırılır. İyulun 4-də Minskdə müsabiqə laureatları təltif ediliblər. V. İsmayılov Belarusun paytaxtı Minskdə "Azərbaycan Ticarət Evi”nin təsisçisidir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol