• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internetdə tez-tez problemlər yaranmasının səbəbləri nədir?

Azərbaycanda internetdə tez-tez problemlər yaranmasının səbəbləri nədir?
11.07.2019 13:00
Son günlər sosial şəbəkələrdə ölkə ərazisində internetin olmaması və ya çox zəif olması ilə bağlı ictimai qınaqlar artıb. Insanlar bildirlər ki, əvvəllər də internet zəif və kəsintili olurdu, ancaq bu, son günlər daha da şiddətli hal alıb.

Məsələ ilə bağlı danışdığımız provayder şirkətlərin isə ümumi fikri ondan ibarətdir ki, problem provayderlərdə deyil, ölkədəki ümumi internet ötrücüsündədir. Bunu da onunla əsaslandırırlar ki, əgər problem provayderlə bağlı olsa, biri işləməz, amma eyni anda bir neçə provayder işləmirsə, demək problem konkret olaraq onlardan qaynaqlanmır.


Anews.az-ın sorğusunu cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə ölkədə internetin işində ümumi problemlərin olmasını yalan məlumat adlandırır.

Nazirlik hesab edir ki, kəsintilər fərdi qaydada texniki nasazlığın baş verməsindən irəli gəlir.

"Ölkədə internetin kəsintilərlə verilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, məhdudiyyətsiz internet şəbəkəsinin qurulması üzrə işlər aparılır.

Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavabında qeyd olunub.

Ancaq məsələni şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, problemlər həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır, həm də elə provayder şirkətlərin özündən.

Onun sözlərinə görə, telefon ötrücüsü üzərindən alınan internetdə kəsintilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır.

"Problemlər həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır, həm də elə provayder şirkətlərin özündən. Telefon ötrücüsü üzərindən alınan internetdə kəsintilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır. Çünki telefon xəttləri bərbad vəziyyətdədir, ümumilikdə infrastruktur yaxşı deyil və bu da belə problemlər yaradır. Fiberoptik internetdə yaranan kəsintilər isə birbaşa provayder şirkətlərin özündən qaynaqlanır”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Həzi
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol