Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Proqressiv ideyaların dəstəkçisi və təşəbbüskarı
kimi tanınan Azercell Telekom-un geniş çeşiddə məhsullar, xidmətlər və həllər bazasına
malik olması onun ölkənin telekommunikasiya sahəsinin lideri mövqeyində qərarlaşmasına
yardım edib.
Şirkət yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da
zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib. Həm iOS, həm
də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store və ya Play Store-dan
Azercell/Kabinetim açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək
mümkündür. Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət,
balans artırma, İnternet paketlərinin və Rominq internet paketlərinin aktivləşdirilməsi,
tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir.
Azərbaycan,
rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi istifadəçilərə ən
yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb.
Müasir texnologiyaların və biznes həllərin köməyilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell ilə rəqəmsal dünyanın yenilikləri indi daha əlçatandır.
Azercell "Kabinetim” tətbiqini yüklə və rahatlıqdan zövq al!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























