• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyindən jurnalistlərlə bağlı açıqlama

Müdafiə Nazirliyindən jurnalistlərlə bağlı açıqlama
04.09.2014 14:20
Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.ANN.Az-ın məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, son dövrlərdə Müdafiə Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında əlaqələr xeyli genişlənir: "Nazirliyin rəhbərliyi mətbuatla münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasını qarşımızda prioritet vəzifə kimi qoyub. Rəsmi internet səhifəmizdə hər gün bir neçə dəfə Silahlı Qüvvələrin fəaliyyəti barədə informasiyalar yayılır".V.Dərgahlı əmin edib ki, Müdafiə Nazirliyi bundan sonra da media ilə qarşılıqlı münasibətlərini Ordumuzun daha da güclənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində quracaq və bütün gücünü səfərbər edəcək ki, ölkəmizin ərazi bütövlüyü təmin edilsin: "Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının bu yaxınlarda keçirilən görüşü, deputatlar, ictimaiyyət və media nümayəndələrinin cəbhəyə səfərləri kimi tədbirlər bundan sonra da davam edəcək və əməkdaşlığımız daha da genişlənəcəkdir. Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışı olub. Bu zabitlər kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda da bilik və təcrübəyə yiyələniblər".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol