• $
  • €
  • ₽
  • ₺
  • £

“Zıraat Bank Azərbaycan”ın aktivləri 16% azalıb

“Zıraat Bank Azərbaycan”ın aktivləri 16% azalıb
09.07.2019 21:00
"Zıraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 194,16milyon manat təşkil edib.

"Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,5% azdır.

"Zıraat Bank Azərbaycan”ın aktivlərinin 117,732 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33% böyüyüb.
Hesabat dövründə "Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 23,4% azalaraq 124,728 milyon manata, o cümlədən depozit portfeli 30,4% azalaraq 65,658 milyon manata düşüb, cəmi kapitalı isə 3,5% artaraq 69,432 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında "Zıraat Bank Azərbaycan”ın gəlirləri 10,668 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 24,7% çox), xərcləri 6,247 milyon manat (13% çox), xüsusi ehtiyatlara ayırmaları 2,575 milyon manat (55,9% çox), mənfəət vergisi ödəmələri isə 43 min manat (81,9% az) təşkil edib. Son nəticədə Bank I yarımili 1,803 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 58,6% çoxdur. 

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol