• $
  • €
  • ₽
  • ₺
  • £

1500 müəllim and içəcək - Azərbaycanda

1500 müəllim and içəcək - Azərbaycanda
04.09.2014 12:57
 Bu il Azərbaycanda işə qəbul olunan 1500 müəllim fəaliyyətə başlamadan öncə and içəcək.Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanda 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə 1700-ə yaxın müəllim işə qəbul olunubsa, onların hamısı and içməyəcək: “Andiçmə bu ildən ilk dəfə müəllim işləyəcək şəxslərə şamil olunacaq. Belə müəllimlərin sayı təxminən 1500 nəfərdir. Belə ki, bu il ilk dəfə olaraq müəllim kimi fəaliyyətə başlayacaq 1500 müəllim üçün andiçmə keçiriləcək. Bu il imtahan verib, müəllimlik peşəsinə yiyələnən pedaqoqlar ilk and içən müəllimlər olacaq”. Andiçmənin  nə vaxt keçiriləcəyinə gəlincə, F.Qədirov bildirib ki, bu proses bütün məktəblərdə eyni gündə olmaya bilər. Onun sözlərinə görə, məktəblər özləri bu tarixi müəyyənləşdirəcək və andiçmə həyata keçiriləcək. Qeyd edək ki, “Müəllimlərin etik davranış qaydaları”na əsasən and Azərbaycan ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol