Özünü yandıran Qarabağ əlilindən xəbər var

Ötən ay Bakının mərkəzində özünü yandıran Qarabağ müharibəsi əlili Elçin Salahovun həyat yoldaşı Jalə Salahovanın vəziyyəti yaxşılığa doğru gedir.Bunu ANS PRESS-ə Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov deyib.Həkimin sözlərinə görə, hazırda Jalə Salahovanın bədəninin yanan hissələrində təmizlənmə prosesi aparılır. Bundan sonra onun üzərində əməliyyat həyata keçirilərək dərisinin dəyişdirilməsi nəzərdə tutulur.Ş.Məmmədov bildirib ki, Elçin Salahovun vəziyyəti isə yaxşıdır.Qeyd edək ki, bir müddət əvvəl Jalə Salahovanın vəziyyətinin çox ağır olduğu, hətta onun ölmə ehtimalının yükəsk olduğu bildirilirdi.Xatırladaq ki, Qarabağ qazisi Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahova evləri əllərindən alındığına görə, avqustun 13-də Bakının mərkəzində özlərini yandırmışdılar.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























