Şəkidə mikroavtobus qəzasında yaralananların adları bilindi -VİDEO

Şəki şəhərində günorta saatlarında baş verən qəzada yaralananların adları məlum olub.
Yaralılar mikroavtobusun sürücüsü 30 yaşlı Anar Rüstəmov, 53 yaşlı Nüşabə İsayeva, əslən misirli olan 59 yaşlı Aşraf Cəlal Saat oğlu, 12 yaşlı Selcan Cəlal Aşraf qızı, 17 yaşlı Aytən Canəliyeva və doqquz yaşlı Ayan Hacıyevadır.Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, digər şəxslər isə stasionar müalicəyə alınıblar.
Şəkidən Bakı istiqamətindən hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəkinin Aşağı Göynük kəndi ərazisində baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində ən azı beş nəfər yaralanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























