8 nəfərin öldüyü qəza ilə bağlı dəhşətli fakt: sürücünün ailə üzvləri yolda maşından düşüb

Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb.
Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.
Bildirilir ki, Elvin Zeynalovun dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. E.Zeynalovun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib.
E.Zeynalov isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























