• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşanı işğal edən erməni general ÖLDÜ

Şuşanı işğal edən erməni general ÖLDÜ
11.07.2019 14:17
Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb. 

Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq-red) qəsəbəsində anadan olub.

Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.

1988-ci ildə Sovet ordusundan tərxis olunub və polkovnik-leytenant rütbəsi ilə Ermənistana göndərilib. Bundan sonra "Yerkrapah" hərbi təşkilatının tərkibinə daxil olub və İcevan "yerkrapahçıları"nın qərargah rəisi kimi sərhəd zonasına gedib. 1990-cı ildə İrəvanda təşkil olunmuş Xüsusi Alay komandirinin müavini (qərargah rəisi) təyin olunub. Daha sonra Goranboy rayonunda təxribatçı əməliyyatlarının sistemləşdirilməsi üçün Şahen Meğryanla birlikdə bölgəyə göndərilib. Erkəç, Buzluq, Mənəşli kəndlərinin işğal əməliyyatlarına rəhbərlik edib.

Qzoğyan 1991-ci ildə Ermənistanın Müdafiə Komitəsinin yaradılması işində iştirak edib və bundan sonra Qarabağa göndərilib. 1992-ci ilin fevralında seperatçı qüvvələrin "qərargah rəisi" təyin olunub. 1992-ci il ilin 17 oktyabrından 1993-cü ilin 11 martına qədər cənub-şərq istiqamətinin komandiri təyin olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol