• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin "S-400"ləri Azərbaycanda yerləşdiriləcək? - ABŞ-ın reaksiyası...

Türkiyənin "S-400"ləri Azərbaycanda yerləşdiriləcək? - ABŞ-ın reaksiyası...
29.05.2020 05:44
"S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə göndərilməsinə saylı günlər qalmış, ABŞ-ın Ankaraya qarşı sanksiya təhdidi daha sərt xarakter alır. Ekspertlər hesab edir ki, Türkiyə qadağalardan yayınmaq, eyni zamanda Moskva ilə hərbi sazişdən imtina etməmək üçün gözlənilməz seçim edə bilər.

Məsələn, Ankara "S-400”ləri alandan sonra raketləri işlək vəziyyətə gətirməyə bilər. Türkiyə mətbuatında müdafiə sistemlərinin müvəqqəti Azərbaycana yerləşdirilməsi məsələsi də tez-tez gündəmə gətirilir.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Redaktor.az-a danışıb. 

O, hesab edir ki, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin burada hərbi baza yerləşdirilməsi mənasına gəlir:

"ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz. Ancaq Rusiya raketlərinin Azərbaycan ərazisində yerləşdirilməsi də asan məsələ deyil. parlamentin qəbul etdiy hərbi doktrinaya görə Azərbaycan ərazisində xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsi deməkdir. Çünki raketlərə qulluğu və nəzarəti türkiyəli hərbçilər yerinə yetirməli olacaqlar. Bu halda Azərbaycan parlamenti doktrinaya düzəliş etməlidir”.

E. Şahinoğlu vurğulayıb ki, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir:
"Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq”.
Politoloq qeyd edib ki, S-400 raketləri birinci növbədə Türkiyənin özünə lazımdır:

"Ona görə də raketlərin Azərbaycanda yerləşdirilməsi müvəqqəti xarakter daşıya bilər. Həm də bu qərarın verilməsi üçün Rusiyanın rəyi də nəzərə alınmalıdır. ABŞ S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsinə etiraz etməz. Azərbaycan NATO-ya üzv ölkə deyil. Amerika Türkiyənin raketləri Azərbaycanda yerləşdirməsinə anlayışla yanaşa bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol