• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin DİQQƏTİNƏ! — Siqnal səsinin qadağan olunduğu yerlərdə signal verənləri nə gözləyir? – VİDEO

Sürücülərin DİQQƏTİNƏ! — Siqnal səsinin qadağan olunduğu yerlərdə signal verənləri nə gözləyir? – VİDEO
11.07.2019 15:36
Siqnal səslər yəqin ki, çoxunuza tanışdı. Yolkənarı ərazilərdə yaşayanlara isə nəinki tanış, hətta gecə-gündüz qulaq yoldaşıdı. Elə bir yoldaş ki, insana evini satdırar, əsəbini tarıma çəkib, eyvandan həyətə atdırar. Sakit bir guşə tapmaq həmin kəslər üçün cəhənnəmdən cənnətə düşmək olar.

"Ölkə.Az" ARB TV-yə istinadən xəbər verir ki, hər gün siqnal səsləri ilə yaşayan yaşlı qadın da bu durumdan təngə gəlib.

Balacaxanım Quliyeva: "Qapını aça bilmirəm, bağlayıram da səs gəlir. 5 dəqiqə uzanmaq istəyirəm, uzana bilmirəm, xəstə adamam”.

Sürücü mədəniyyətinin qanunun aliliyi qədər qorunduğu sivil cəmiyyətlərdə yersiz istifadə olunan səs siqnalları təhqir hesab olunur. Yox, Azərbaycan cəmiyyəti də sivildi, lap əvvəldən. Amma yolda yox. Bizim yollarda siqnal təyinatından başqa hər şey üçün istifadə edilir. Salamlaşmaq istəyən siqnal verir, sağollaşmaq istəyən siqnal verir, söyən siqnal verir...

Elələri də var ki, işıqforun qırmızı işığındakı son saniyələri artıq hesab edir. 

Sürücü: "İşıqforun saniyəsi azdır. Əsəblərimiz ona görə tab gətirmir. Tıxacda siqnal verməyin mənası nədir, işıqfor burada vaxtı az verir”.
Yaxşı, burasını başa düşdük, özbaşımıza qalsaq əlimizi siqnaldan götürməyəcəyik. Bəs qanun?

Ərşad Hüseyinov – Nəqliyyat eksperti: "Səs siqnallarından istifadə edən sürücünü cərimələmək lazımdır. Bəs qanun? Qanun deyir ki, səs siqnallı ilə qaydananı pozanlara 30 manat cərimə var. İş ondadır ki, həmin siqnalbazları müəyyən etmək müşkül məsələdi. Kamerallara düşmür, avtomobil çox olanda müəyyən etmək olmur. Elə etmək lazımdı ki, adam özü utansın”.

Utansın. Ümid azdı, amma yenə də ümid edək. Ümid edə-edə bir şeyi də xatırladaq: yol hərəkəti haqqında qanuna görə, səs siqnallarından yaşayış olan ərazilərdə yalnız yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün istifədə olunmalıdır. Müxtəlif xitabları əvəz edən ümumi müraciət forması kimi yox.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol