Sosial Tədqiqatlar Mərkəzi: İşimizi vətəndaşların rəyi əsasında qururuq

Sosial Tədqiqatlar Mərkəzi (STM) Prezidentin fərmanı ilə yaradıldığı vaxtdan müvafiq inzibati-təşkilati, struktur məsələlərinin həll edilməsi istiqamətində işlərin görülməsinə başlayıb.
Mərkəzin Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, bu ilin aprel ayının 12-də Mərkəzin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən Nizamnamə ölkə başçısı tərəfindən təsdiq edilib.
Bildirilib ki, Mərkəzin fəaliyyətini təmin edən inzibati prosedurların müəyyən edilməsi, təşkilati məsələlərin, zəruri strukturun, müvafiq tədqiqat şöbələrinin yaradılması, həmçinin, ən başlıcası- peşəkar kadr korpusunun formalaşdırılması kimi zaman tutumlu məsələlər demək olar ki, əhəmiyyətli dərəcədə həll edilib: "Ötən müddətdə STM-in həyata keçirdiyi fəaliyyət sırasında-ölkə miqyasında sosial tədqiqatların və ictimai rəylə bağlı aparılan işin, mövcud struktur və institutların ümumi mənzərəsi təhlil edilib, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın aradan qaldırılması yönündə tədbirlər sisteminin hazırlanmasına başlanıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər məlumat data bazasının yaradılması qarşıdakı vacib vəzifələrdən hesab edilir.
Həmçinin, Mərkəz 2019-cu ilin ikinci yarımilliyi üçün Nizamnamə ilə müəyyən edilən vəzifələri həyata keçirmək üçün ən aktual sosial məsələlərin elmi tədqiqat konsepsiyasını-fəaliyyət planını hazırlayıb.
STM o cümlədən, ictimai rəyin öyrənilməsi ilə bağlı 6 sosioloji tədqiqat və rəy sorğusunun keçirilməsini başa çatdıraraq onların üzərində son hesabat və tamamalama tədbirlərini həyata keçirir. Onlardan müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırmalar Mərkəz tərəfindən geniş ictimaiyyətə təqdim olunacaq.
Mərkəz beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti əsas məramlarından biri kimi dəyərləndirərək bir çox nüfuzlu beyin mərkəzləri və tanınmış tədqiqat cəmiyyətləri ilə tərəfdaşlıq əlaqələri yaratmağa nail olub.
Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb. Prezident İlham Əliyevdeputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























