• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir polkovnik həbs olundu - Azərbaycanda

Daha bir polkovnik həbs olundu - Azərbaycanda
03.09.2014 13:25
Məlum olduğu kimi Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən çıxarılmasından sonra silahlı qüvvələrdə aparılan yoxlamalar zamanı bir sıra cinayət tərkibli hallar aşkarlanıb. İttiham olunaraq, həbs olunanlar arasında Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovla yanaşı, S. Əbiyevə yaxınlığı ilə tanınan bir sıra yüksək rütbəli zabitlər də var. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl Bakının Bayıl qəsəbəsi ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” saylı hərbi hissəsinin bazasında fəaliyyət göstərən Gəmi Təmiri Zavodunun direktoru, II dərəcəli kapitan (polkovnik-leytenant) Əsəd Muradxanov da istintaqa cəlb olunub.Ə. Muradxanovun saxlanılmasının HDQ sabiq komandanı Şahin Sultanovla bağlı olduğu da deyilir. AzNews.az xatırladır ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin qurumun sabiq komandanı Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək, saxlanılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov və Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib. HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev də saxlanılıb. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol